Şərqşünaslıq fakültəsində qrup başçıları ilə iclas keçirilib
05/11/2019Şərqşünaslıq fakültəsinin qrup nümayəndələri ilə tədris işləri üzrə dekan müavini Cavanşir Məmmədzadənin iştirakı ilə iclas keçirilib. Baloniya təhsil sistemi və onun tələbləri, kredit sistemi, mühazirə və məşğələ dərslərinin təşkili, sərbəst işlərin qiymətləndirilməsi, kollokviumların keçirilməsi və s. məsələlər barədə tələbələrə ətraflı məlumat verilib. Daha sonra qrup nümayəndələrinin vəzifələri, qruplarda tələbələrlə işin təşkili, tədris sənədlərinin tərtibi və istifadəsi, tədrisin keyfiyyətinin artırılması barədə söhbət aparılıb. İclas qrup nümayəndələrinin suallarının cavablandırılması, rəy və təkliflərinin dinlənilməsi ilə yekunlaşıb.
