Homeaz | en | ru

Şərqşünaslıq fakültəsində “Peşəkar tərcüməçilik” mövzusunda təlim keçirilib

25/04/2019

 

25 aprel 2019-cu il tarixində Şərqşünaslıq fakültəsində Azərbaycanlı Tərcüməçilər Şəbəkəsinin (ATN) iştirakı ilə təlim keçirilmişdir. Təlimdə ATN təsisçisi Əli Əhmədov Azərbaycanda tərcüməçi bazarı, tərcüməçi olmağın yolları, tərcümə növləri barəsində çıxış etmiş, mütəxəssis kimi yetişməyin yolları barədə öz təcrübələrini bölüşmüşdür. Növbəti təlimçi “Baku Translation” tərcümə şirkətinin rəhbəri Orxan Hacıyev tərcümə şirkəti üçün əlaqələrin mühümlüyü, müştəri və tərcüməçilərlə işləmə barədə söhbət aparmışdır. Tərcüməçilərin bazarda rolu, şirkətlərarası əlaqələr, biznes qurmaq yolları barədə çıxış etmişdir. Digər çıxışçı  Elgün Məmmədov tələbəlikdən iş həyatına gedən yolu barədə qısa məlumat vermişdir. Qonaqlarla bərabər fakültənin ərəb dili müəllimi, sinxron tərcüməçi Mais Ağaverdiyev də doğma tələbələr qarşısında öz təcrübələrini bölüşmüşdür. Sonda Azərbaycan Dillər Universitetinin italyan dili üzrə müəllimi Dilşad Pənahova “tərcümədə oxucu modelləri” adı altında çıxış etmişdir. Tərcümə problemləri, baş verən xətalar, real stiuasiyaya görə tərcümənin aparılmasından söz açmışdır. Təlimdə Şərqşünaslıq fakültəsindən “Regionşünaslıq (ərəb ölkələri, İran, Türkiyə, Pakistan, İsrail, Yaponiya, Koreya və Çin üzrə)”, həmçinin “Tərcümə (ərəb və fars dilləri)” ixtisaslarından yüksək göstəricilərə malik olan tələbələr spikerlərin çıxışlarını dinləmiş və mövzulara aid suallar vermişlər. Təlim dinləyici tələbələrin rəyinə görə çox səmərəli keçmişdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bookmark and Share