Homeaz | en | ru

Şərqşünaslıq fakültəsində onlayn ustad dərs keçirilib

17/03/2022

Şərqşünaslıq fakültəsində Bakı Dövlət Universitetinin nəzdindəki Konfutsi İnstitutu, Anhui Universiteti, Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr şöbəsi və Şərqşünaslıq fakültəsinin  təşkilatçılığı ilə “Çin memarlığı” mövzusunda onlayn ustad dərs keçirilmişdir. Tədbirə moderatorluq edən Konfutsi İnstitutunun əməkdaşı Mr.Vanq  Çin memarlığının dünyanın ən qədim memarlıq abidələrindən və tikililərindən  olduğunu qeyd etmişdir.

Tədbirin məruzəçisi Anhui Universitetinin professoru Denq Şu  Çin sivilizasiyasının beş minillikdən artıq  tarixi ərzində  bir çox memarlıq tikililərinin qorunub saxlanıldığı haqqında məlumat vermişdir.  Məruzəçi qeyd etmişdir ki, Çin memarlığı Çin mədəniyyəti ilə birlikdə inkişaf etmişdir.  Əsas tikililərdən  “Sıxeyuan” çin ənənəvi tikilisidir və “dörd bina və həyət” adlanır, Çində bu üslubda malikanələr, saraylar, məbəd, monastırlar və buna bənzər binalar inşa edilmişdir. Bu binalar əsasən şimal-cənub və şərq-qərb istiqamətində yerləşir. “Douqun” – memarlıq üslubu ənənəvi çin memarlığında istifadə olunur. Buna feodal cəmiyyətində yalnız saray və məbəd zallarında təsadüf etmək olar. Binanın möhtəşəmliyini sütunların sayı ilə müəyyən etmək olar. “Douqun”  üslublu tikili zəlzələyə davamlıdır. “Tulou” çin memarlığında qala tipli yaşayış kompleksidir. Futsiyan və Quandun əyalətlərində inşa edilmişdir. Əsasən dördbucaqlı və dairəvi şəkildə olur. “Tulou” memari üslubu ilk dəfə Tan sülaləsinə mənsub olan xakka milləti tərəfindən tikilmişdir “Dyaolou”  memari üslubu Çinin şərqində Quandun və Kaypin əyalətlərində tikilmiş çoxmərtəbəli malikanələrdir. Bu binaların sayı 1400-dür. Avropalıların dili ilə bu binalara “qüllə” və ya “saray” deyilir.  Məruzəçi Denq Şu ustad dərsdə həmçinin saray, məbəd, qəbiristanlıq, mənzil memarlığından da bəhs etmişdir.

Tədbir fakültənin müəllim və tələbələrinin sualları ilə davam etmişdir.

 

 

 

 

 

 

 

 

Bookmark and Share