Homeaz | en | ru

Şərqşünaslıq fakültəsində “Novruz şənliyi” keçirilib

19/03/2019

19 mart 2019-cu il tarixində fakültə Tələbə Həmkarlar Təşkilatının təşkilatçılığı ilə Novruz bayramı münasibətilə şənlik keçirilib. Mərasimi giriş sözü ilə fakültə dekanı professor Elxan Əzizov açıb. Elxan Əzizov bayram münasibətilə professor-müəllim və tələbə heyətini təbrik etmiş, onlara gələcək elmi-pedaqoji,  təhsil və şəxsi həyatlarında uğurlar diləmişdir. İştirakçılara öz bayram təbriklərini çatdıran Ərəb filologiyası kafedrasının müdiri akademik Vasim Məmmədəliyev, Türk filologiyası kafedrasının müdiri professor Rüfət Rüstəmov, BDU THT-nin sədri dosent Daşqın Qənbərov Novruz bayramının tarixi, ənənə və mərasimləri barədə nitq söyləmişlər. Tədbir tələbələrin təqdimatında milli rəqslərin nümayişi və mahnıların ifası ilə davam etmişdir. Sonda fakültə THT-nin sədri III kurs tələbəsi İbrahim Babayev çıxış edərək, onların keyfiyyətli təhsillə təmin olunmasına və asudə vaxtlarını səmərəli keçirilməsinə yaradılan şəraitə görə tələbələr adından BDU-nun rəhbərliyinə və fakültə dekanlığına minnətdarlıq ifadə edib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bookmark and Share