Homeaz | en | ru

Şərqşünaslıq fakültəsində “Novruz şənliyi”

31/03/2018

 

19 mart 2018 -ci il tarixində Tələbə Həmkarlar Təşkilatının təşkilatçılığı ilə Şərqşünaslıq fakültəsində Novruz bayramı münasibətilə şənlik keçirilmişdir. Mərasimi giriş sözü ilə fakültə dekanı prof. Elxan Əzizov açmışdır. Elxan Əzizov bayram münasibətilə fakültənin professor-müəllim və tələbə heyətini təbrik etmiş, onlara gələcək elmi-pedaqoji və təhsil həyatında uğurlar diləmişdir. Daha sonra fakültə Tədris-Metodiki Şurasının sədri prof. Mehdi Kazımov və dekan müavini Cavanşir Məmmədzadə də bayram təbrikləri ilə çıxış etmişdir. Tədbir tələbələrin ifasında milli rəqs və mahnıların ifası ilə davam etmişdir. Sonda THT-nin sədri IV kurs tələbəsi Taleh Mansurov tələbələrin keyfiyyətli təhsillə təmin olunmasına və asudə vaxtlarını səmərəli keçirilməsinə yaradılan şəraitə görə tələbələr adından BDU-nun rəhbərliyinə və fakültə dekanlığına öz minnətdarlığını bildirib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bookmark and Share