Homeaz | en | ru

Şərqşünaslıq fakültəsində Novruz bayramının axırıncı- torpaq çərşənbəsi qeyd edilib

15/03/2016

15 mart 2016 -cı il tarixində Şərqşünaslıq fakültəsində Novruz bayramının axırıncı çərşənbəsi qeyd edilmişdir. Tədbir fakültə Tələbə Həmkarlar və Tələbə-Gənclər komitələrinin birgə təşkilatçılığı ilə təşkil edilmişdi. Dekan prof. Elxan Əzizov müəllim və tələbələri Novruz bayramı münasibəti ilə səmimi qəlbdən təbrik etmiş, onlara gələcək fəaliyyətlərində bol-bol uğurlar diləmişdir. Tədbir açıq elan olunduqdan sonra tələbələrin Novruza dair hazırladıqları səhnəciklərə tamaşa edilmiş, şeir və mahnılar dinlənilmişdir. Mərasimin sonunda dekan müvinləri Cavanşir Məmmədzadə, Adil Yəhyayev və Hüseyn Sadıqov çıxış etmişdir.







Bookmark and Share