Homeaz | en | ru

Şərqşünaslıq fakültəsində məzunlarla görüş keçirilib

30/06/2016

30 iyun 2016-cı il tarixində “Məzun günü” münasibətilə Şərqşünaslıq fakültəsinin dekanlığının təşkilatçılığı ilə “Şərq” oxu zalında bakalavriatura və magistratura təhsil pillərini bitirən tələbələrin, professor-müəllim heyətinin iştirakı ilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə fakültə dekanı prof. E.Əzizov açmış, tələbələri bu gün münasibətilə təbrik edərək, öz arzu və tövsiyyələrini onlarla paylaşmışdır. Dekan müavinləri C.Məmmədzadə, A.Yəhyayev, H.Sadıqov, müəllimlərdən prof. M.Kazımov, prof. R.Rüstəmov, prof. N.Məmmədov, dos. N.Əlizadə, dos. Ə.Məmmədova, dos. L.Mahmudova, dos. A.Xəndan və b. da çıxış edərək, məzunlara ən xoş arzu və diləklərini çatdırmışlar. Daha sonra 2015/2016-cı tədris ilində bakalavr və magistr planı üzrə buraxılış və dissertasiya işlərini müvəffəqiyyətlə müdafiə etdiklərinə, oxuduqları müddətdə yüksək təhsil göstəricilərinə və ictimai fəallıqlarına görə BDU-nun rektoru akad. A.M.Məhərrəmov tərəfindən Fərqlənmə diplomu, “Valideynə təşəkkür məktubu” və “Fəxri fərman”la həvəsləndirilmiş məzunların adı açıqlanmışdır. Tədbirin sonunda məzunlar adından Ş.Yusifli, M.Əsgərova, Q.  Şıxalyev,  G. Eminova, L. Abdinova və Q. Zeynalov söz alaraq, təhsildə və ictimai həyatda qazandıqları uğurlara görə BDU rəhbərliyinə, Şərqşünaslıq fakültəsinin dekanlığına və üzərlərində əvəzsiz xidmətləri olan professor-müəllim heyətinə öz dərin minnətdarlıqlarını ifadə etmişlər.





































Bookmark and Share