Homeaz | en | ru

Şərqşünaslıq fakültəsində Müstəqillik Günü qeyd olunub

21/10/2019

18 oktyabr 2019-cu il tarixində Şərqşünaslıq fakültəsində Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsilə başlanıb. Fakültə dekanı professor Elxan Əzizov ölkəmizin müstəqillik tarixi barədə ətraflı danışıb. Sonra bakalavriatura üzrə dekan müavini Cavanşir Məmmədzadə, Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müəllimləri professor Lətifə Əliyeva və dosent Xumar Səfərova, İran filologiyası kafedrasının dosenti  Əsmətxanım Məmmədova Dövlət Müstəqilliyi günü barədə məruzələr ediblər.

Şərqşünaslıq fakültəsinin tələbələrindən – Samir Həziyev, Nərgiz Aslanova, Yunus Əliyev, Aydan Hüseynli, Mədinə Tapdıqlı, Günel Babayeva, Azər Nəzirli, Könül Qasımlı, Gülər Bayramova, Xumar Həsənova mövzu ətrafında müxtəlif məzmunlu çıxışlar ediblər. Tələbələr həmçinin Əhməd Cavad və Məmməd Araz yaradıcılığından vətənpərvərliklə bağlı şeir nümunələri səsləndiriblər. Tədbir ölkəmizin qazandığı uğurları əks etdirən müxtəlif slayd-şouların təqdimatı ilə yekunlaşıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bookmark and Share