Şərqşünaslıq fakültəsində misirli xəttatın əl işlərindən ibarət sərgi təşkil olunub
06/03/20176 mart 2017 -ci il tarixində Misir Ərəb Respublikası Xarici İşlər Nazirliyinin hüquq işləri üzrə baş mütəxəssisi, ərəb xəttatlığı üzrə mütəxəssis Əşrəf Əhməd Übeyd Şərqşünaslıq fakültəsində qonaq olmuşdur. Misirli xəttat fakültə dekanı prof. Elxan Əzizov başda olmaqla Ərəb filologiyası kafedrasının professor-müəllim heyəti və ərəb ölkələri üzrə regionşünaslıq ixtisasının tələbələri ilə görüşmüşdür. Prof. Elxan Əzizov Əşrəf Əhməd Übeydin təhsili, hüquqşünas və professional xəttat kimi fəaliyyəti, xarici ölkələrdə təşkil olunan xəttatlıq sərgiləri və xəttatlığa dair oxuduğu mühazirələr barədə iştirakçıları məlumatlandırmışdır. Əşrəf Əhməd Übeyd da öz növbəsində təqdim etdiyi əl işləri haqqında iştirakçıları məlumatlandırmış, ərəb xətlərinin növləri, ərəb yazı üsullarından geniş şəkildə danışmışdır.
Daha sonra fakültənin foyesində Əşrəf Əhməd Übeydin əl işlərindən ibarət təşkil olunmuş sərgiyə baxış keçirilmişdir.
