Şərqşünaslıq fakültəsində magistr dissertasiyalarının onlayn müdafiəsi keçirilib
29/06/2021Şərqşünaslıq fakültəsində “Filologiya” ixtisasının “Dilşünaslıq (ərəb, fars, türk, ibri, urdu, çin)” və “Ədəbiyyatşünaslıq (ərəb, fars, ibri, Koreya ədəbiyyatları)” ixtisaslaşmaları üzrə magistr dissertasiyalarının onlayn müdafiəsi keçirilib. Magistr dissertasiya şuraları müvafiq ixtisaslaşmalar üzrə professor Elxan Əzizov, professor Mehdi Kazımov, professor Oqtay Cəlilbəyli və professor Rüfət Rüstəmovun sədrlikləri ilə fəaliyyətə başlayıb. Müdafiəyə çıxarılan dissertasiya işləri geniş şəkildə referat təqdim etməklə Azərbaycan və rus dillərində yerinə yetirilib.
Virtual qaydada baş tutan müdafiələrdə “Ərəb dilində zəif samit anlayışı və onun feillərdə təzahür anlayışı”, Ərəb ədəbi dilində mürəkkəb sözlərin quruluşu”, “Ərəb dilində sözdüzəltmə əsas leksik problem kimi”, Klassik ərəb dilində səsdəyişmə”, “Əl-Amidinin “əl-Müvazənə” əsərində bədii gözəllik ölçüləri”, “İ Qvanq Sunun “Mərhəmətsiz” romanında təsvir və təhkiyə”, “X-XIII əsrlərdə yəhudi poeziyasında ərəb ədəbi janrlarının təsiri”, Əbdibəy Şirazinin “Məcnun və Leyli” məsnəvisi”, “Müasir Türk və Azərbaycan dillərində feilin təsriflənməyən formalarının müqayisəsi”, Urdu dilində terminoloji söz yaradıcılığında ingilis alınmalarının rolu” və sair mövzulardakı dissertasiya işləri iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Elmi rəhbər və rəyçilər müdafiəyə buraxılan işlər haqqında müsbət fikirlər söyləyiblər. Magistrantların elmi və peşə hazırlığı, elmi diskussiya aparmaq bacarıqları, Şərq dillərində sərbəst danışmaq qabiliyyətləri yüksək qiymətləndirib. Dissertasiya müdafiə edən magistrantlar müvəffəq qiymət alıblar.
