Şərqşünaslıq fakültəsində magistr dissertasiyalarının müdafiəsi keçirilmişdir
29/05/201529 may 2015- ci il tarixində Şərqşünaslıq fakültəsində magistr dissertasiyalarının müdafiəsi keçirilmişdir. Dissertasiya işlərinin müdafiəsində Dövlət Attestasiya Komissiyasının sədri akademik V.M.Məmmədəliyev, fakültə dekanı dosent E.Z.Əzizov, İran filologiyası kafedrasının müdiri professor M.D.Kazımov, Türk filologiyası kafedrasının müdiri professor R.Ə.Rüstəmov, Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri dosent O.B.Cəlilbəyli, fakültənin Elmi İşlər üzrə dekan müavini A.H.Yəhyayev iştirak etmişlər.
Qeyd edək ki, magistr dissertasiyalarının ilkin müzakirəsi bir ay öncə müvafiq kafedralarda həyata keçirilmişdir.
