Homeaz | en | ru

Şərqşünaslıq fakültəsində magistr dissertasiyalarının müdafiəsi keçirilib

10/07/2017

 

22 iyun 2017 -cı il tarixində saat 11.00-da 711 saylı auditoriyada Şərqşünaslıq fakültəsinin magistratura səviyyəsində “ədəbiyyatşünaslıq” və “dilçilik” ixtisaslaşması üzrə təhsil alan magistrların dissertasiya işlərinin müdafiəsi keçirilib. Dissertasiya Şurası akademik Vasim Məmmədəliyevin sədrliyi altında prof. Elxan Əzizov, İran filologiyası kafedrasının müdiri prof. Mehdi Kazımov, Türk filologiyası kafedrasının müdiri prof. Rüfət Rüstəmov, elmi katib b/m. Adil Yəhyayevin iştirakı ilə fəaliyyətə başladı. Magistrların ərəb, fars, türk və urdu ədəbiyyatşünaslığı və dilçiliyinin müxtəlif aktual məsələlərinə həsr etdikləri mövzular barədə çıxışları dinlənildi. Müdafiədə magistrların elmi rəhbər (prof. N.Məmmədov, prof. J.Əliyeva, prof. X.Əlabbasi, dos. L.Mahmudova, dos. A.Xəndan, dos. B.Hacıyeva və b.) və rəyçilərinin də rəy və mülahizələri eşidilmişdir.

 

Bookmark and Share