Şərqşünaslıq fakültəsində magistr dissertasiyalarının müdafiəsi keçirilib
10/06/201610 iyun 2016 -cı il tarixində saat 11.00-da 711 saylı auditoriyada Şərqşünaslıq fakültəsinin magistratura səviyyəsində “ədəbiyyatşünaslıq” və “dilçilik” ixtisaslaşması üzrə təhsil alan tələbələrin magistr dissertasiyalarının müdafiəsi keçirilmişdir. Dissertasiya Şurası akad. V.Məmmədəliyevin sədrliyi altında prof. E.Əzizov, İran filologiyası kafedrasının müdiri prof. M.Kazımov, Türk filologiyası kafedrasının müdiri prof. R.Rüstəmov, Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri dos. O.Cəlilbəyli, b/m. A.Yəhyayevin (elmi katibi) iştirakı ilə fəaliyyət göstərirdi. Magistrantların ərəb, fars, türk və urdu ədəbiyyatşünaslığı və dilçiliyinin müxtəlif aktual məsələlərinə həsr etdikləri mövzular barədə çıxışları dinlənilmişdir. Müdafiədə magistrantların elmi rəhbər (prof. T.Rüstəmova, prof. N.Məmmədov, prof. J.Əliyeva, prof. X.Əlabbasi, dos. N.Əlizadə, dos. L.Mahmudova, dos. B.Quliyeva və b.) və rəyçilərinin də rəy və mülahizələri eşidilmişdir.
