Homeaz | en | ru

Şərqşünaslıq fakültəsində “İlin ən yaxşı tələbələri” ilə görüş

01/03/2019

Bakı Dövlət Universitetinin 100 illik yubiley tədbirləri çərçivəsində yüksək təhsil göstəriciləri və liderlik keyfiyyətlərinə, universitetin və respublikanın ictimai həyatında fəal iştirak edib, vətənpərvərlik, təssübkeşlik nümayiş etdirdiyinə və s. nominasiyalar üzrə mükafatlandırılmış “İlin ən yaxşı tələbələri” ilə görüş keçirilib. Görüşdə fakültənin professor-müəllim və tələbə heyəti iştirak edib. Dekan professor Elxan Əzizov “İlin ən yaxşı tələbələri” ni təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar diləyib. Tədbirdə istedadlı gənclərə dövlət dəstəyindən, onların fəallığı, müxtəlif layihələrin həyata keçirilməsində rolundan bəhs edilib. Prezident İlham Əliyevin təqaüd sisteminin təkmilləşdirilməsi və tələbələrin təqaüdlərinin artırılması ilə bağlı imzaladığı Fərman və Sərəncamların əhəmiyyətindən danışılıb. Tələbələr adından çıxış edən Taleh Mansurov BDU-da onlara yaradılan hərtərəfli şəraitdən, tələbələr üçün stimullaşdırıcı tədbirlərin icra olunmasından, fakültədə qayğı ilə əhatə edildiklərindən məmnunluğunu ifadə edib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bookmark and Share