Homeaz | en | ru

Şərqşünaslıq fakültəsində I kurs tələbələri ilə görüş keçirilib

06/09/2019

 

02-06 sentyabr 2019-cu il tarixlərində Şərqşünaslıq fakültəsinin “Regionşünaslıq (Şərq ölkələri üzrə)”, “Filologiya (Şərq dili və ədəbiyyatı üzrə) və “Tərcümə” (ərəb və fars dilləri üzrə) ixtisaslarının I kurs tələbələri ilə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan fakültə dekanı professor Elxan Əzizov onları təbrik etmiş, BDU-nun təsis olunması və Şərqşünaslıq fakültəsinin yaranma tarixi, bugünki inkişafı, regional və beynəlxalq əlaqələri, görkəmli məzunlarının fəaliyyətindən bəhs edib. Ölkədə və universitetdə aparılan təhsil islahatları barədə tələbələrə geniş məlumat verilib. Elxan Əzizov “Regionşünaslıq”, “Filologiya” və “Tərcümə” ixtisaslarının perspektiv və geniş imkanlarından danışıb. Daha sonra bakalavriatura üzrə dekan müavini Cavanşir Məmmədzadə Boloniya təhsil sistemi, təhsildə kredit və fənn seçimləri haqda çıxış edib. Dərs cədvəli və onun tərtib prinsipləri tələbələrə izah olunub. Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Şahin Yusifli universitetdə və fakültədə keçirilən tədbir və layihələrdən, tələbə təşkilatları, dərnək və klubların fəaliyyətindən, onların asudə vaxtlarının səmərəli təşkilindən söhbət açıb.

Tədbirdə eyni zamanda qəbul imtahanlarında fakültəyə ən yüksək balla qəbul olmuş tələbələr təbrik edilib. Görüşün sonunda tələbə və valideynlərin sualları ətraflı cavablandırılıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bookmark and Share