Homeaz | en | ru

Şərqşünaslıq fakültəsində I kurs tələbələri ilə görüş keçirilib

18/09/2017

05-06 sentyabr 2017-ci il tarixlərində Şərqşünaslıq fakültəsinin I kurs tələbələri ilə görüş keçirilmişdir. Tədbiri giriş sözü ilə açan fakültə dekanı prof. Elxan Əzizov onları təbrik etmiş, BDU-nun təsis olunması və Şərqşünaslıq fakültəsinin yaranma tarixi, bugünki inkişafı, regional və beynəlxalq əlaqələri, məzunlarının fəaliyyətindən bəhs etmişdir. Ölkəmizdə və universitetdə aparılan təhsil islahatları barədə tələbələrə geniş məlumat verilmişdir. Daha sonra bakalavriatura üzrə dekan müavini b/m. Cavanşir Məmmədzadə Boloniya təhsil sistemi, təhsildə kredit və  fənn seçimləri haqda çıxış etmişdir. Dərs cədvəli və onun tərtib prinsipləri tələbələrə izah olunmuşdur. Tələbələri salamlayan elmi işlər üzrə dekan müavini b/m. Adil Yəhyayev fakültənin beynəlxalq əlaqələri və regionşünaslıq ixtisasının perspektiv və gələcək imkanları haqqında danışmışdır. Tədbirdə eyni zamanda qəbul imtahanında regionşünaslıq  üzrə fakültədə ən yüksək bal toplamış tələbələr təbrik edilmişdir. Görüşün sonunda valideynlərin sualları ətraflı cavablandırılmışdır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bookmark and Share