Homeaz | en | ru

Şərqşünaslıq fakültəsində I kurs tələbələri ilə görüş keçirilib

10/09/2018

 

03-10 sentyabr 2018-ci il tarixlərində Şərqşünaslıq fakültəsinin “Regionşünaslıq (Şərq ölkələri üzrə)”, “Filologiya (Şərq dili və ədəbiyyatı üzrə) və “Tərcümə” ixtisaslarının I kurs tələbələri ilə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan fakültə dekanı prof. Elxan Əzizov onları təbrik etmiş, BDU-nun təsis olunması və Şərqşünaslıq fakültəsinin yaranma tarixi, bugünki inkişafı, regional və beynəlxalq əlaqələri, görkəmli məzunlarının fəaliyyətindən bəhs etmişdir. Ölkəmizdə və universitetdə aparılan təhsil islahatları barədə tələbələrə geniş məlumat verilmişdir. Prof. Elxan Əzizov “Regionşünaslıq”, “Filologiya” və “Tərcümə” ixtisaslarının perspektiv və gələcək imkanları haqqında məlumat vermişdir. Daha sonra bakalavriatura üzrə dekan müavini b/m. Cavanşir Məmmədzadə Boloniya təhsil sistemi, təhsildə kredit və fənn seçimləri haqda çıxış etmişdir. Dərs cədvəli və onun tərtib prinsipləri tələbələrə izah olunmuşdur.

Tədbirdə eyni zamanda qəbul imtahanında “Regionşünaslıq” ixtisası üzrə fakültəyə ən yüksək balla qəbul olmuş tələbələr təbrik edilmişdir. Görüşün sonunda tələbə və valideynlərin sualları ətraflı cavablandırılmışdır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bookmark and Share