Homeaz | en | ru

Şərqşünaslıq fakültəsində I kurs tələbələri ilə görüş keçirilib

19/09/2016

09 sentyabr 2016-cı il tarixində Şərqşünaslıq fakültəsinin I kurs tələbələri ilə görüş keçirilmişdir. Tədbiri giriş sözü ilə açan fakültə dekanı prof. E.Z.Əzizov onları təbrik etmiş, BDU-nun təsis olunması və Şərqşünaslıq fakültəsinin yaranma tarixin, bugünki inkişafından bəhs etmişdir. O, ölkəmizdə və universitetdə aparılan təhsil islahatları barədə tələbələrə geniş məlumat vermişdir. Daha sonra bakalavriatura üzrə dekan müavini b/m. C.N.Məmmədzadə Boloniya təhsil sistemi, təhsildə kredit və  fənn seçimləri haqda çıxış etmişdir. Dərs cədvəli və onun tərtib prinsipləri tələbələrə izah olunmuşdur. Tələbələri salamlayan elmi işlər üzrə dekan müavini b/m. A.H.Yəhyayev fakültənin beynəlxalq əlaqələri və regionşünaslıq ixtisasının perspektiv və gələcək imkanları haqqında danışmışdır.Tədbirdə eyni zamanda qəbul imtahanında regionşünaslıq  üzrə fakültədə ən yüksək bal toplamış tələbələr təbrik edilmişdir. Görüşün sonunda valideynlərin sualları ətraflı cavablandırılmışdır.














Bookmark and Share