Homeaz | en | ru

Şərqşünaslıq fakültəsində elmi seminar keçirilib

29/11/2021

Şərqşünaslıq fakültəsində “Quran qiraətlərinin müxtəlifliyi” mövzusunda elmi seminar keçirilmişdir. Seminarın məruzəçisi Ərəb filologiyası kafedrasının dosenti Vüqar Qaradağlı çıxış edərək Quran tarixinin erkən tarixindən, Quranın ilk vəhyindən başlayaraq qəbul olunmuş iyirmi səkkiz rəvayətədək gedən yol haqqında geniş danışmışdır. Qeyd olunmuşdur ki, ilk olaraq on dörd mütəvatir rəvayət İbn Mücahid tərəfindən müəyyən meyarlar əsasında seçilmişdir. Məruzəçi hər bir rəvayətin Quran yazısına – Müshəfə, ərəb dilinin qayda-qanunlarına uyğunluğu və Peyğəmbərə (s.) gedib çıxan istinadın doğruluğunun həmin üç meyarı təşkil etdiyini vurğulamışdır.

Tedbir muellim ve telebelerin movzu ile bagli diskussiyasi ile davam etmişdir.

 

 

 

Bookmark and Share