Homeaz | en | ru

Şərqşünaslıq fakültəsində elmi seminar keçirilib

25/04/2022

Şərqşünaslıq fakültəsində “Məhəmməd İqbalın urdu ədəbiyyatındakı yeri” mövzusunda elmi seminar keçirilmişdir. Seminarın məruzəçisi İran filologiyası kafedrasının baş müəllimi Aygün Aslan qeyd etmişdir ki, Məhəmməd İqbal təkcə XIX-XX əsr Hindistan və Pakistan ədəbiyyatının, xüsusən bu ədəbiyyatın Urdu qolunun mütəfəkkir şəxsiyyəti deyil, ümumşərq ədəbiyyatı kontekstində fərqlənən böyük sənətkardır. O, həm şair, həm filosof, həm də etiqad sahibi kimi islamın zəiflədiyi bir dövrdə İslam mühitində layiqli iz və irs qoymuş, Şərqin bəşəriyyətə təqdim etdiyi dəyərli Şərq mütəfəkkiridir. Eyni zamanda, məruzə etmişdir ki, Məhəmməd İqbal XIX əsrin sonları, XX əsrin əvvəllərində yaşayıb-yaratmış mütəfəkkir ədiblərdəndir. O, çoxşaxəli yaradıcı kimi məşhurdur və bu cəhətdən Orta əsrlər Şərq poeziyasının ənənələrinə sadiqdir və fars, ərəb, urdu, ingilis, alman dillərində yazıb-yaratmışdır. O, Əfqanıstanda, Türkiyədə, Orta və Yaxın Şərq ölkələrində də, Avropada da olduqca məşhurdur. Təsadüfi deyildir ki, onun ədəbi və fəlsəfi-estetik irsi Pakistan və İrandan sonra, ən çox Türkiyədə öyrənilir, tədqiq edilir, əsərləri tərcümə olunaraq dəfələrlə nəşr edildiyi qeyd olunmuşdur.

A.Aslan elmi məruzəsində müasir urdu ədəbiyyatında gedən prosesləri kompleks şəklində araşdırmışdır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bookmark and Share