Homeaz | en | ru

Şərqşünaslıq fakültəsində digər fənlər üzrə onlayn dərslər davam edir

11/05/2020

01 aprel 2020-ci il tarixindən Şərqşünaslıq fakültəsində “Regionşünaslıq (Şərq ölkələri üzrə)”, “Filologiya (Şərq dili və ədəbiyyatı)” və “Tərcümə (Şərq dilləri)” ixtisaslarında digər kafedraların əməkdaşları tədrisi onlayn (məsafədən) formada həyata keçirir. Professor-müəllim heyəti dərs cədvəlinə uyğun “Microsoft Teams” platforması vasitəsilə Azərbaycan və rus bölmələri üzrə “Azərbaycan dili və nitq mədəniyyəti”, “Azərbaycan tarixi”, “Xarici dil”, “Şərq fəlsəfəsi”, “Multikulturalizmə giriş”, “Türkiyə coğrafiyası”, “Ərəb ölkələrinin siyasi sistemi və xarici siyasəti”, “İran iqtisadiyyatı”, “Yaponiya etnoqrafiyası”, “İnformatika və kompüter texnologiyası”, “Psixologiya”, “Ümumi dilçilik” və sair fənlərdən aktiv dərsləri davam etdirir. Mühazirə və dərs materialları “Microsoft Teams” vasitəsilə tələbələrə ötürülür. Distant formada keçirilən dərslərin video qeydiyyatı aparılır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bookmark and Share