Homeaz | en | ru

Şərqşünaslıq fakültəsində cari tədris ilinin son Elmi Şurası keçirilib

10/07/2019

Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin 2018-2019-cu tədris ili üzrə son Elmi Şurası keçirilib. İclası giriş sözü ilə açan dekan, professor Elxan Əzizov gündəlikdə duran məsələləri iştirakçıların diqqətinə çatdırıb. Yaz imtahan sessiyası və Yekun Dövlət Attestasiyasının   nəticələri, buraxılış işləri və magistr dissertasiyalarının müdafiəsi, bakalavriatura və magistratura üzrə yeni fənn proqramları, dərslik və dərs vəsaitlərinin hazırlanması, beynəlxalq əlaqələrin genişləndirilməsi, kadr hazırlığı, elmi-pedaqoji sahədə qarşıda duran əsas hədəflər müzakirə olunan əsas məsələlər sırasında olub. Ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev, professor Nəsrulla Məmmədov, Tədris-metodiki şuranın sədri professor Mehdi Kazımov, Türk filologiyası kafedrasının müdiri, professor Rüfət Rüstəmov və digər üzvlər gündəlikdəki məsələlər barədə müxtəlif rəy və təkliflərlə çıxış ediblər.
Cari məsələlərin müzakirəsi ilə Elmi Şuranın iclasına yekun vurulub.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bookmark and Share