Şərqşünaslıq fakültəsində buraxılış işlərinin müdafiəsinə start verilib
24/06/201622 iyun 2016 -cı il tarixində saat 12.00-da 711 saylı auditoriyada “Regionşünaslıq” (Şərq ölkələri üzrə) ixtisasının bakalavr səviyyəsində buraxılış işlərinin müdafiəsi keçirilmişdir. Fakültə üzrə Yekun Dövlət Attestasiya Komissiyası sədr AMEA-nın müxbir üzvü, Nəsimi adına Dilçilik institutunun direktor əvəzi M.Z.Nağısoylunun sədrliyi altında prof. E.Əzizov, Ərəb filologiyası kafedrasının müdiri akad. V.Məmmədəliyev, İran filologiyası kafedrasının müdiri prof. M.Kazımov, Türk filologiyası kafedrasının müdiri prof. R.Rüstəmov, Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri dos. O.Cəlilbəyli, tədris işləri üzrə dekan müavini b/m. C.Məmmədzadə və elmi katibi dos. K.Məmmədovanın iştirakı ilə fəaliyyət göstərirdi.
Bakalavrların ərəb, fars, türk ədəbiyyatşünaslığı və dilçiliyinin müxtəlif aktual məsələlərinə həsr etdikləri mövzular barədə çıxış etmişlər. Müdafiədə tələbələrin elmi rəhbər və rəyçilərinin də rəy və mülahizələri dinlənilmişdir.
