Şərqşünaslıq fakültəsində buraxılış işlərinin müdafiəsi keçirilib
25/06/20202019-2020-ci tədris ilində “Regionşünaslıq (Şərq ölkələri üzrə)”, “Filologiya (Şərq dili və ədəbiyyatı)” və “Tərcümə (ərəb dili / fars dili üzrə)” ixtisaslarında bakalavr səviyyəsində buraxılış işlərinin müdafiəsi keçirilib. Fakültə üzrə Yekun Dövlət Attestasiya Komissiyası AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylunun sədrliyi ilə dekan, professor Elxan Əzizov, Ərəb filologiyası kafedrasının müdiri, dosent Vüqar Qaradağlı, İran filologiyası kafedrasının müdiri, professor Mehdi Kazımov, Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri, professor Oqtay Cəlilbəyli, Türk filologiyası kafedrasının müdiri, professor Rüfət Rüstəmov, tədris işləri üzrə dekan müavini b/m. Cavanşir Məmmədzadə və elmi katibi, dosent Könül Məmmədovanın iştirakı ilə fəaliyyətə başlayıb. Buraxılış işlərinin müdafiəsi Teams platforması üzərindən onlayn formada keçirilib. İclasda ərəb, fars, türk, ibri, yapon, koreya, çin dilçiliyi və ədəbiyyatşünaslığının müxtəlif aktual məsələlərinə dair on üç nəfər bakalavrın çıxışı dinlənilib. Müdafiələrdə tələbələrin elmi rəhbər və rəyçiləri də iştirak edib.
