Şərqşünaslıq fakültəsində bakalavriatura təhsil səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsinin növbəti mərhələsi keçirilib
01/07/201601 iyul 2016 -cı il tarixində saat 14.00-da 711 saylı auditoriyada “Regionşünaslıq” (Şərq ölkələri üzrə) ixtisasının bakalavr səviyyəsində buraxılış işlərinin müdafiəsinin növbəti mərhələsi keçirilib. Fakültə üzrə Yekun Dövlət Attestasiya Komissiyası sədr AMEA-nın müxbir üzvü, Nəsimi adına Dilçilik institutunun direktoru M.Z.Nağısoylunun sədrliyi altında prof. E.Əzizov, Ərəb filologiyası kafedrasının müdiri akad. V.Məmmədəliyev, İran filologiyası kafedrasının müdiri prof. M.Kazımov, Türk filologiyası kafedrasının müdiri prof. R.Rüstəmov, Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri dos. O.Cəlilbəyli, tədris işləri üzrə dekan müavini b/m. C.Məmmədzadə və elmi katib dos. K.Məmmədovanın iştirakı ilə fəaliyyət göstərirdi. On iki nəfər bakalavr ərəb, fars, türk ədəbiyyatşünaslığı və dilçiliyinin müxtəlif aktual məsələlərinə həsr etdikləri mövzular barədə çıxış etmişdir. Müdafiədə tələbələrin elmi rəhbər və rəyçilərinin də rəy və mülahizələri dinlənilmişdir.
