Şərqşünaslıq fakültəsində bakalavriatura təhsil səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsinə start verilib
21/06/201811-22 iyun 2018 -ci il tarixlərində saat 14.00-da 705 saylı auditoriyada “Regionşünaslıq” (Şərq ölkələri üzrə) ixtisasının bakalavr səviyyəsində buraxılış işlərinin müdafiəsi keçirilib. Fakültə üzrə Yekun Dövlət Attestasiya Komissiyası Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik M.Z.Nağısoylunun sədrliyi ilə dekan prof. E.Əzizov, Ərəb filologiyası kafedrasının müdiri akad. V.Məmmədəliyev, İran filologiyası kafedrasının müdiri prof. M.Kazımov, Türk filologiyası kafedrasının müdiri prof. R.Rüstəmov, Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri prof. O.Cəlilbəyli, tədris işləri üzrə dekan müavini b/m. C.Məmmədzadə və elmi katibi dos. K.Məmmədovanın iştirakı ilə fəaliyyətə başlayıb. İclaslarda ərəb, fars, türk, ibri, yapon, koreya, çin dilçiliyi və ədəbiyyatşünaslığının müxtəlif aktual məsələlərinə dair iyirmi dörd nəfər bakalavrın çıxışı dinlənilib. Müdafiələrdə tələbələrin elmi rəhbər və rəyçiləri də iştirak edib.
