Şərqşünaslıq fakültəsində bakalavriatura təhsil səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib
25/06/201918-27 iyun 2019 -cu il tarixlərində “Regionşünaslıq (Şərq ölkələri üzrə)” və “Tərcümə (ərəb və fars dilləri üzrə)” ixtisaslarının bakalavr səviyyəsində buraxılış işlərinin müdafiəsi keçirilib. Yekun Dövlət Attestasiya Komissiyası Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylunun sədrliyi ilə dekan, professor Elxan Əzizov, Ərəb filologiyası kafedrasının müdiri akademik Vasim Məmmədəliyev, İran filologiyası kafedrasının müdiri professor Mehdi Kazımov, Türk filologiyası kafedrasının müdiri professor Rüfət Rüstəmov, Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri professor Oqtay Cəlilbəyli, tədris işləri üzrə dekan müavini baş müəllim Cavanşir Məmmədzadə və elmi katibi dosent Könül Məmmədovanın iştirakı ilə fəaliyyətə başlayıb. İclaslarda ərəb, fars, türk, ibri, yapon, çin dilçiliyi və ədəbiyyatşünaslığının müxtəlif aktual məsələlərinə dair otuz bir nəfər bakalavr çıxış edib. İddiaçılara araşdırdıqları mövzuya aid suallar ünvanlanıb. Müdafiə komissiyasının işində tələbələrin elmi rəhbər və rəyçilərinin rəy və mülahizələri də dinlənilib.
