Şərqşünaslıq fakültəsində “Şərq filologiyası məsələləri” mövzusunda elmi konfrans keçirilib
12/06/2018
16 may 2018 -ci il tarixində Şərqşünaslıq fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr edilmiş gənc alim və magistrantların "Şərq filologiyası məsələləri" mövzusunda elmi konfransı keçirilmişdir. Konfransı giriş sözü ilə fakültə dekanı prof. Elxan Əzizov açaraq, konfrans iştirakçılarını salamlamış, konfransın işinə müvəffəqiyyətlər diləmişdir. Daha sonra gənc alim və magistrantların Şərq filologiyasının aktual məsələləri barədə çıxışları dinlənilmişdir. Gənc alimlərdən G.Mahmud, E.İbrahimov, Ş.Yusifli və b., magistrantlardan Ş.Məlikova, A.Məmmədli, G.Cabbarova, O.İbrahimov, A.Süleymanova, T.Alızadə və b. Şərq ədəbiyyatı və dilçiliyinə dair maraqlı məruzələrlə çıxış etmişdir. Məruzələr diskussiya və geniş fikir mübadiləsi şəraitində keçmiş, mühazirəçilərə mövzularla bağlı müxtəlif suallar ünvanlanmışdır.
Konfransın işindən, gənc alim və magistrantların çıxışlarından böyük zövq aldıqlarını məmnunluq hissi ilə vurğulayan Ərəb filologiyası kafedrasının müdiri akad. V.Məmmədəliyev, İran filologiyası kafedrasının müdiri prof. M.Kazımov, Türk filologiyası kafedrasının müdiri prof. R.Rüstəmov, Elmi işlər üzrə dekan müavini b/m. A.Yəhyayev iştirakçılara gələcək elmi-pedaqoji işlərində müvəffəqiyyətlər diləmiş və belə tədbirlərin fakültənin elmi - mədəni həyatında əlamətdar hadisə olduğunu qeyd etmişdir.
Qeyd edək ki, konfaransın işində Şərqşünaslıq fakültəsinin professor-müəllim və tələbə heyəti ilə yaxından iştirak etmişlər. Konfransın materialları ayrıca kitab halında çap edilmişdir.
