Homeaz | en | ru

Şərqşünaslıq fakültəsində “Qadağan olmuş şəhər” mövzusunda ustad dərs keçirilib

28/04/2022

Şərqşünaslıq fakültəsində Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq Əlaqələr Şöbəsinin, Şərqşünaslıq fakültəsinin, Konfutsi Universiteti və Anhui Universitetinin təşkilatçılığı ilə Çin şəhər memarlığının incilərindən olan “Qadağan olmuş şəhər” mövzusunda ustad dərs keçirilmişdir.  Tədbirin moderatoru Bakı Dövlət Universitetinin Beynəlxalq Əlaqələr Şöbəsinin əməkdaşı Şəms Bağırova tədbir iştirakçılarını salamlayaraq onları təqdim etmiş və ustad dərsin Şərqşünaslıq fakültəsinin müəllim və tələbə heyəti üçün önəmini vurğulamışdır. Tədbirin məruzəçisi Anhui Universitetinin müəllimi Denq Şu Çində möhtəşəm saray kompleksinin “Qadağan olmuş şəhər”  adlanmasını qeyd etmişdir. Bu sarayın Çində 1421-1912-ci illər  ərzində hökmranlıq edən Min və Sin sülalələrinin imperatorlarının iş yeri və iqamətgahı olduğunu bildirmişdir. Sarayın inşa olunması 15 il davam etmişdir və milyonlarla bənna, ustanın əməyi nəticəsində meydana gəlmişdir. Saray Pekinin tam mərkəzində yerləşir. 1406-1421-ci illər ərzində tikilən Ququn Sarayı Min və Sin sülaləsinin 24 imperatorunun iqamətgahı olmuşdur. Sarayın meydanı təxminən 700 min kv.m ərazini əhatə edir. Onun ərazisində Çin mifologiyasına əsasən 9999 mənzildən ibarət olan 799 ev yerləşir. Saray möhtəşəm parklar və məbədlərlə əhatə olunmuşdur. Lakin saraya giriş xalqa qadağan edilmişdi, imperatorların sarayına ayaq basan şəxs o saat edam edilirdi. Məruzəçi  hal-hazırda muzey kimi istifadə olunan bu sarayın tarixi, mənəvi və memari dəyərlər daşıdığını vurğulamış. Məruzəçi bildirmişdir ki, Saray ənənəvi Çin saray memarlığının təcəssümüdür və Şərq ölkələrinin memarlığının inkişafına böyük təsir göstərmişdir. Bugünkü gün də Ququn həm “qadağan olmuş şəhər” kimi öz ecazını və sehrini  sehrini qoruyub saxlamaqdadır.

Tədbir fakültənin müəllim və tələbə heyətinin diskussiyaları ilə davam etmişdir

Bookmark and Share