Şərqşünaslıq fakültəsində 31 dekabr – “Dünya azərbaycanlılarının həmrəylik günü” nə həsr olunmuş tədbir keçirilib
30/12/2016
29 dekabr 2016 -ci il tarixində Şərqşünaslıq fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə 31 dekabr – “Dünya azərbaycanlılarının həmrəylik günü” nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlanmışdır. Mərasimi giriş sözü ilə açan dekan prof. Elxan Əzizov “Həmrəyliyə aparan yol” adlı məruzə ilə çıxış etmişdir. Daha sonra akad. Vasim Məmmədəliyev, prof. Jalə Əliyeva, prof. Əsgər Rəsulov, dos. Əsmətxanım Məmmədova və baş müəllim Cavanşir Məmmədzadənin “Dünya azərbaycanlılarının həmrəylik günü” ilə bağlı nitqləri dinlənilmişdir. Məzmunlu məruzələr fakültənin professor-müəllim və tələbə heyəti, eləcə də Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının Yaponiya, Çin və Koreyadan olan müəllimləri tərəfindən maraqla qarşılanmışdır.
