Homeaz | en | ru

Şərqşünaslıq fakültəsində 28 May – “Respublika günü” nə həsr olunmuş tədbir keçirilib

03/06/2016

27 may 2016 -ci il tarixində Şərqşünaslıq fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə 28 May – “Respublika günü” nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlanmışdır. Mərasimi giriş sözü ilə açan dekan prof. Elxan Əzizov “Azərbaycan müstəqillik yollarında” adlı məruzə ilə çıxış etmişdir. Daha sonra akad. V.Məmmədəliyev, prof. M.Kazımov, prof. R.Rüstəmov, prof. Ə.Rəsulov, prof. N.Məmmədov və baş müəllim C.Məmmədzadənin “Respublika günü” ilə bağlı nitqləri dinlənilmişdir. Məzmunlu məruzələr fakültənin professor-müəllim və tələbə heyəti, eləcə də  Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının Yaponiya, Çin və Koreyadan olan müəllimləri tərəfindən maraqla qarşılanmışdır.

Bookmark and Share