Şərqşünaslıq fakültəsində “2018-Yeni il”şənliyi
30/12/2017
30 dekabr 2017 -ci il tarixində Şərqşünaslıq fakültəsi Tələbə Həmkarlar, Tələbə Gənclər təşkilatları və Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “2018-Yeni il” şənliyi keçirilib. Mərasimi giriş sözü ilə açan dekan prof. E.Əzizov fakültənin professor-müəllim və tələbə heyətinə ən xoş diləklərini çatdıraraq, 2017-ci ildə təhsildə qazanılmış nailiyyətlər və qarşıda duran məqsədlər barədə nitq söyləyib. Tələbələr adından fakültə THT-nin sədri T.Mansurov, TGT-nin sədri M.Rzayev və TEC-in sədri R.Rüstəmova çıxış edib. Tədbirdə hər bir qrupun hazırladığı divar qəzetini iştirakçılara təqdim olunub. Daha sonra müxtəlif kurs tələbələri foyedəki bəzədilmiş şam ağacı ətrafında öz arzu və istəklərini, yeni ildən gözləntilərini, ötən illə bağlı xatirələrini dilə gətirib. Tədbir tələbələrin Şərq ölkələrinin milli geyimlərində Şərq dillərində müxtəlif şeir və musiqilərin səsləndirilməsi, gitarada ifaları və rəqsləri ilə başa çatıb.
