Homeaz | en | ru

Şərqşünaslıq fakültəsi üzrə Yekun Dövlət İmtahanının II mərhələsi keçirilib

01/07/2019

28 iyun 2019 -cu il tarixində Şərqşünaslıq fakültəsinin “Regionşünaslıq (ərəb ölkələri, İran, Türkiyə, Pakistan, İsrail, Yaponiya, Koreya və Çin üzrə)” və “Tərcümə (ərəb və fars dilləri üzrə)” ixtisaslarının tələbələri üçün Yekun Dövlət İmtahanının II turu təşkil olunub. İmtahanlar saat 11.00-da Əsas tədris binasının müvafiq imtahan auditoriyalarında baş tutub. Şərqşünaslıq fakültəsinin dekanı, professor Elxan Əzizov, bakalavriatura üzrə dekan müavini Cavanşir Məmmədzadə və Yekun Dövlət Attestasiya Komissiyasının sədri Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu auditoriyalarda imtahan prosesini yaxından izləyib. Yekun Dövlət İmtahanının ikinci mərhələsində 41 nəfər tələbə iştirak edib.

 

 

Bookmark and Share