Homeaz | en | ru

Şərqşünaslıq fakültəsi üzrə Yekun Dövlət İmtahanının I turuna start verilib

28/06/2019

13 iyun 2019 -cu il tarixində Şərqşünaslıq fakültəsinin “Regionşünaslıq (ərəb ölkələri, İran, Türkiyə, Pakistan, İsrail, Yaponiya, Koreya və Çin üzrə)” və “Tərcümə (ərəb və fars dilləri üzrə)” ixtisaslarının tələbələri üçün Yekun Dövlət İmtahanının I turu təşkil olunub. Tələbələrə imtahanda müvafiq  ixtisas ölkəsinin dili, ədəbiyyatı, Əlavə Şərq dili fənlərindən ibarət beş sual təqdim edilib. İmtahanlar saat 11.00-da Əsas tədris binasının müvafiq imtahan auditoriyalarında baş tutub. Şərqşünaslıq fakültəsinin dekanı, professor Elxan Əzizov, bakalavriatura üzrə dekan müavini Cavanşir Məmmədzadə və Yekun Dövlət Attestasiya Komissiyasının sədri Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu auditoriyalarda imtahan prosesini yaxından izləyib. Yekun Dövlət İmtahanının ilk mərhələsində 78 nəfər tələbə iştirak edib.

 

Bookmark and Share