Bakı Dövlət Universiteti

Homeaz | en | ru

Şərqşünaslıq fakültəsi üzrə Yekun Dövlət İmtahanının I turuna start verilib

02/06/2017

30 may 2017 -ci il tarixində Şərqşünaslıq fakültəsinin ərəb ölkələri, İran, Türkiyə, Pakistan, İsrail, Yaponiya və Koreya üzrə regionşünaslıq ixtisasının tələbələri üçün Yekun Dövlət İmtahanının I turu təşkil edildi. Universitetin böyük akt zalında dekanların və dekan müavinlərinin iştirakı ilə keçirilən tədbirdə rektor akademik Abel Məhərrəmov tələbələrlə görüşmüş, tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor prof. İradə Əliyeva isə imtahan qaydalarını onların diqqətinə çatdırmışdır. İmtahanlar saat 11.00-da Əsas tədris binasının müvafiq imtahan auditoriyalarında baş tutdu. Tələbələrə imtahanda müvafiq  ixtisas ölkəsinin dili, ədəbiyyatı, Əlavə Şərq dili fənlərindən ibarət olmaqla beş sual təqdim olundu. İmtahanda 58 nəfər tələbə iştirak etmək hüququ qazanmışdır.

Şərqşünaslıq fakültəsinin dekanı prof. Elxan Əzizov, bakalavriatura üzrə dekan müavini Cavanşir Məmmədzadə və İmtahan Komissiyasının sədri Nəsimi adına Dilçilik İnstitutunun direktoru AMEA -nın müxbir üzvü, prof. Möhsün Nağısoylu imtahan auditoriyalarının hər birində olmuş və imtahan prosesini yaxından izləmişdir.







 

Bookmark and Share