Şərqşünaslıq fakültəsi üzrə Yekun Dövlət İmtahanının I turuna start verildi
03/06/201602 iyun 2016 -cı il tarixində Şərqşünaslıq fakültəsinin ərəb ölkələri, İran, Türkiyə, Pakistan, İsrail, Yaponiya və Koreya üzrə regionşünaslıq ixtisasının tələbələri üçün Yekun Dövlət İmtahanının I turu təşkil edildi. Universitetin böyük akt zalında dekanların və dekan müavinlərinin iştirakı ilə keçirilən tədbirdə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor prof. İradə Əliyeva imtahan qaydalarını tələbələrin diqqətinə çatdırdı. Tələbələrə imtahanda müvafiq ixtisas ölkəsinin dili, ədəbiyyatı, Əlavə Şərq dili fənlərindən ibarət olmaqla beş sual təqdim olundu. İmtahanlar saat 11.00-da Əsas tədris binasının müvafiq imtahan auditoriyalarında baş tutdu. Şərqşünaslıq fakültəsinin dekanı prof. Elxan Əzizov, bakalavriatura üzrə dekan müavini Cavanşir Məmmədzadə və İmtahan Komissiyasının sədri Nəsimi adına Dilçilik İnstitutunun direktor vəzifəsini icra edən AMEA -nın müxbir üzvü, prof. Möhsün Nağısoylu imtahan auditoriyalarının hər birində olmuş və imtahan prosesini yaxından izləmişdir.
