Şərqşünaslıq fakültəsi üzrə III kurs tələbələrinin “Tərcümə təcrübəsi” başlanıb
08/07/201608 iyun 2016 -cı il tarixində Şərqşünaslıq fakültəsinin ərəb ölkələri, İran, Türkiyə, Pakistan, İsrail, Yaponiya, Koreya və Çin üzrə regionşünaslıq ixtisasının III kurs tələbələrinin “Tərcümə təcrübəsi” nə start verildi. Şərqşünaslıq fakültəsinin dekanı prof. Elxan Əzizov təcrübə rəhbərləri və tələbələrin iştirakı ilə keçirilən tədbirdə təcrübənin təşkili qaydalarını diqqətə çatdırdı. Müvafiq kafedraların rəhbərləri də “Tərcümə təcrübəsi” nin səmərəli keçirilməsi barədə tövsiyyə və məsləhətlərini iştirakçılarla paylaşdılar. Bakalavriatura üzrə dekan müavini Cavanşir Məmmədzadə təcrübəçi tələbələrin sayı, təcrübə üçün ayrılmış auditoriyalar, kompyuter avadanlıqları və texniki vasitələrdən istifadə imkanları və s. məsələlər barədə məlumat verdi.
