Şərqşünaslıq fakültəsi XII Azərbaycan beynəlxalq təhsil sərgisində təmsil olunub
18/10/2018Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi, “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilatçılığı ilə “Uşaqların gələcəyinə sərmayə” devizi altında dünyanın 12 ölkəsindən 135 iştirakçını bir araya gətirən XII Azərbaycan beynəlxalq təhsil sərgisində Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi öz stendi ilə təmsil olunub. Üç gün davam edən XII Beynəlxalq Təhsil Sərgisində ziyarətçilərə Şərqşünaslıq fakültəsinin bakalavriatura, magistratura və doktorantura pillələri barədə məlumat verilib, həmçinin ziyarətçilər fakültənin beynəlxalq əlaqələri, tələbə mübadiləsi, təqaüd və təcrübə proqramları ilə yaxından tanış olublar.
