Homeaz | en | ru

Şərqşünaslıq fakültəsi və Türkiyənin Ərciyəs Universitetinin müəllimləri arasında dəyirmi masa keçirilib

19/05/2022

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin təşəkkülünün 100 illiyinə həsr olunmuş tədbirlər silsiləsindən 19.05.2022 - ci il tarixində distant şəkildə BDU-nun Şərqşünaslıq fakültəsi və Türkiyənin Ərciyəs Universitetinin müəllimləri arasında “Ali təhsil müəssisəsində İbri dili və ədəbiyyatının tədrisində ənənəvilik və innovativ metodlar” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə BDU-nun Şərqşünaslıq fakültəsinin dekan və dekan müavinləri, ərəb filologiyası kafedrasının müdiri, müəllim və tələbələri, Ərciyəs Universitetinin Ədəbiyyat fakültəsinin (İbrani dili və Kültürü bölməsi) müəllim və tələbələri iştirak etmişlər. Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan iştirakçıları salamlayaraq hər iki universitet arasında dostluq körpüsünün əsasının qoyulmasında ilk addımın atıldığını,  gələcəkdə fakültələrimiz arasında bilik və təcrübə mübadiləsinin aparılmasının zəruri olduğunu qeyd etdi. Daha sonra Ərciyəs Universitetinin  Ədəbiyyat fakültəsinin Araşdırma mütəxəssisi Arzu Cebe çıxış edərək Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin məzunu olmasından, bu gün müəllimləri ilə bilik və təcrübəsini paylaşmasından qürur duyduğunu qeyd edərək tədris etdiyi fakültənin fəaliyyəti haqqında məlumat verdi.  Tədbirdə Ərciyəs Universitetinin müəllimi Elşən Qurbanov tədris fəaliyyətinin mövzu üzrə planlaşdırılmasından, müəllim Elxan Allahverdiyev isə İbrani dilinin əyani və distant tədrisində Moodle platformundan istifadədən bəhs etdilər. Şərqşünaslıq fakültəsinin ibri dili müəllimi Təranə Hüseynbalayeva yetirmələrinin bu gün qardaş dövlətin universitetində elmi-pedaqoji sahədə əldə etdikləri nailiyyətlərindən qürur hissi ilə danışıb bunun doğma fakültəmiz üçün də fəxr olduğunu qeyd etdi. Müəllim öz tədris fəaliyyətində istifadə etdiyi yeni metodik vasitələr, yeni dərs vəsaitləri ilə bağlı təcrübəsini həmkarları ilə bölüşdü. Şərqşünaslıq fakültəsinin yəhudi ədəbiyyatı müəllimi Gülnarə Abdullayeva Yəhudi ədəbiyyatı fənninin tədrisinin əsas istiqamətləri, fakültənin ibri dili müəllimi Gülər Qasımova İbri dilinin distant tədrisində müasir texnologiyanın rolu və gənc müəllim Ayxan Qarayev İbri dilində danışıq bacarıqlarının inkişafında əsas metodik üsullar haqqında fikir mübadiləsi apardılar. Şərqşünaslıq fakültəsinn magistrantları Jalə Səmədova və Zeynəb Öner də öz tədqiqat işlərinin elmi və praktiki əhəmiyyəti haqqında məlumat verdilər. Tədbirin sonunda fakültənin elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə iştirakçılara öz təşəkkürünü bildirdi, müzakirələrin çox effektiv olması, gələcəkdə belə görüşlərin davamlı keçirilməsinin zəruri olduğunu qeyd etdi.

 

 

 

 

 

 

 

 

 

Bookmark and Share