Şərqşünaslıq fakültəsi tələbələrinin ərəb dili üzrə Asiya debat çempionatında çıxışı yekunlaşıb
08/02/2023Şərqşünaslıq fakültəsi tələbələrinin Omanın paytaxtı Maskatda keçirilən ərəb dili üzrə Asiya debat çempionatında çıxışı yekunlaşıb. Əksəriyyəti ərəbdilli olmaqla, qeyri-ərəb ölkələrinin də iştirak etdiyi beynəlxalq yarışda BDU-nun şərqşünasları çətin qruplardan birində mübarizə aparıblar. Tələbələr Tayland üzərində qələbə qazandıqdan sonra, Malayziya qarşısında az fərqlə xal itiriblər. Debatda əsas mövzuları biomüxtəliflik, yaşıl iqtisadiyyat, ekoloji təhlükəsizlik, qlobal problemlər kimi məsələlər təşkil edib.Tələbələr göstərilən nəticəyə görə müvəffəqiyyət sertifikatına yiyələniblər.
