Homeaz | en | ru

Şərqşünaslıq fakültəsi Tələbə-Həmkarlar Təşkilatının “Xeyriyyəçilik mədəniyyətinin təbliği” ndə rolu

09/04/2016


Şərqşünaslıq fakültəsinin Tələbə-Həmkarlar Təşkilatının üzvləri BDU-da keçirilmiş adlı tədbirdə fəal iştirak etmişdir. Tədbir “Damla” İctimai Birliyi tərəfindən keçirilmişdir. İctimai Birliyin sədri Nigar xanım tələbələrə öz fəaliyyətləri haqqında məlumat vermişdir. Birlik 2010-cu ildən fəaliyyət göstərir. Əsas prinsipi ölkəmizdə xeyriyyəçilik ənənələrini yenidən bərpa etməkdir. O, xeyriyyəçilərdən Bakı milyonçusu H.Z.Tağıyevin fəaliyyətini misal göstərdi və onun bir millət kimi Azərbaycan gəncliyinin yetişməsində rolunu vurğuladı. Daha sonra mövzu ətrafında iştirakçılar öz təəssüratlarını bölüşmüşdülər.

Bookmark and Share