Şərqşünaslıq fakültəsi THT- in hesabat yığıncağı keçirilib
08/04/2016
06 aprel 2016-cı il tarixdə Şərqşünaslıq fakültəsinin Tələbə-Həmkarlar Təşkilatı tələblərlə birlikdə “Şən və hazırcavablar” klubu və “İN-Club”-ın ilk iclasını keçirib. Qeyd edək ki, hər iki klub bu il yaradılıb və aprel ayından fəaliyyətə başlamışdır. Şərqşünaslıq fakültəsinin Tələbə-Həmkarlar Təşkilatının sədr müavini Nigar Xudiyeva “Şən və hazırcavablar” klubunun bu ay üçün nəzərdə tutulmuş tədbir planlarını tələbələrə təqdim edib. Fakültə üzrə İN-Club-un sədri Camal Ağarzayev aprel ayından başlayaraq həftə sonları fakültə tələbələri arasında intellektual yarışmalara start veriləcəyi barədə məlumat verib. Yarışlar NHN formatında keçirələcək. Daha sonra tələbələrin ekologiya, mədəniyyətşünaslıqla bağlı yeni lahiyələrinin müzakirəsi keçirilmişdir.
İclasa qatılan təlim-tərbiyə işləri üzrə dekan müavini Hüseyn Sadıqov çıxış edərək, fakültə Tələbə-Həmkarlar Təşkilatının illik fəaliyyətini qənaətbəxş hesab etmiş, tələbələrin ictimai işini və təkliflərini yüksək qiymətləndirmişdir.
