Homeaz | en | ru

Şərqşünaslıq fakültəsi TGT-nin sədri Cavanşir Yaşarlı məruzə ilə çıxış edib

18/11/2016

16 noyabr 2016-cı il tarixində Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı və Debat klubun dəstəyi ilə "Multikulturalizm" mövzusunda növbəti dəyirmi masa keçirilmişdir. 
Tədbirdə müasir multimədəni cəmiyyətlərin strategiyalarına əsaslanan multukulturalizm siyasəti, Azərbaycan Respublikasının inkişafında Azərbaycanın milli mədəniyyətinə müvəffəqiyyətlə inteqrasiya edən müxtəlif xalqların nümayəndələri, multukulturalizmin cəmiyyətdə rolu və insan psixologiyasına təsiri və  s. məsələlər ətrafında ətraflı müzakirələr aparılmışdır. Tədbirdə Bakı Dövlet Universitetinin Tələbə Gənclər Təşkilatının sədri İsmayıl Kərimov, Şərqşünaslıq fakültəsinin FTGT-nin sədri Yaşarlı Cavanşir ve İlahiyyat fakültesinin müəllimi Aqil Şirinov məruzə ilə çıxış etmişdir.

 

 

 

 

Bookmark and Share