Homeaz | en | ru

Şərqşünaslıq fakültəsi Tədris-Metodiki Şurası 2017-ci tədris ili üçün hesabat verib

28/10/2017

 

2017-ci ilin mayında Şərqşünaslıq fakültəsi Tədris-Metodiki Şurasının yeni sədrinin təyinindən sonra Şuranın yeni tərkibinin ilk iclası keçirilmişdir. Buraya fakültənin ayrı-ayrı kafedralarını təmsil edən elmi dərəcəsi, yüksək müəllimlik təcrübəsi olan müəllimlər daxil edilmişdir: sədr prof. M.D.Kazımov, prof. N.Məmmədov,  dos. Ə.Məmmədova, f.ü.f.d. L.Vaqifqızı, f.ü.f.d. B.Hacıyeva, L.Məmmədova və G.Qasımova. Fakültədə tədrisin yaxşılaşdırılması, qarşılarında duran vəzifələrin icrası üçün, professor-müəllim heyətinin cəlb edilməsi məqsədilə Şuranın əsas istiqamətləri aşağıdakı kimi müəyyən olunmuşdur:

ü     Fakültədə bütün fənləri tədris edən müəllimlərin açıq dərslərində metodşuranın üzvlərinin müntəzəm iştirakı. Bu məqsədlə bütün kafedralar üzrə keçirilən dərslərdə həftəlik iştirakı əhatə edən qrafik hazırlanmışdır. Bundan başqa, həftədə bir dəfə metodşura tam tərkiblə müəyyən dərslərdə iştirak edir. Dərslərin nəticələri müəllimin özünün iştirakı ilə şuranın iclaslarında müzakirə edilir və dərsin obyektiv qiymətləndirilməsi aparılır. 2017-ci ilin may və sentyabr aylarında TMŞ-nin üzvləri 7 dərsdə iştirak etmişdilər. Bununla yanaşı, yaşı 75-i keçmiş müəllimlərin dərsləri qiymətləndirilmiş və müzakirələr zamanı lazımi tövsiyələr verilmişdir.

Fakültədə tədris prosesinin cari vəziyyətinin təhlili, problem və çatışmazlıqların vaxtında aşkarlanması, təlim keyfiyyətinin yaxşılaşdırılması məqsədilə TMŞ imtahan sessiyaları zamanı tələbələrin göstərdiyi nəticələrin monitorinqinin aparılmasını nəzərdə tutur. Onlar kafedralarda Azərbaycan və rus bölmələrinin bakalavr pilləsinin bütün kurslarını əhatə edir. Bu monitorinq tədris prosesində hər kafedranın iştirakı haqqında konkret təsəvvür yaratmaq və çatışmazlıqları aradan qaldırmaq üçün lazımi ölçü götürmək imkanını yaradacaq.

ü    Şura fəaliyyətinin əsas istiqamətlərindən biri fakültənin bakalavr və magistratura pillələrində tədris olunan bütün ixtisaslar üzrə dərsliklər, dərs vəsaitləri, həmçinin proqramların hazırlanmasına köməklik göstərilməsi olmuşdur. Hal-hazırda bütün kafedralarda dərslik, dərs vəsaitləri və proqramların olması üzərində iş gedir. Lazımi məlumatlar əldə olunandan sonra fakültə rəhbərliyi və kafedra müdirlərinin birgə iştirakı ilə zəruri materialların hazırlığı üzrə iş aparılacaq. İlkin məlumatlara görə dərslik və proqramların əsas hissəsi nəşr olunmuşdur. Amma hələ də dərs vəsaitləri olmayan fənlər vardır. İlk növbədə yeni ixtisaslar üzrə proqramlar və dərsliklər nəzərdə tutulur.

ü    Cari ildə metodşura vahid prinsip əsasında bütün dil dərsləri üzrə imtahan biletlərinin hazırlanması təşəbbüsünü irəli sürmüşdür. Tədris və tələbələrin biliyinin qiymətləndirilməsinin bu aspekti Şərqşünaslıq fakültəsində həlledici əhəmiyyət daşıyır. Bundan əlavə TMŞ kafedralara “Tərcümə bankı”nın yaradılmasını təklif edir.

ü    Kadrların hazırlanması məsələsi fakültə TMŞ-nın əsas istiqamətlərindən biridir. Şərqşünaslıq fakültəsində kifayət qədər gənc mütəxəssis, müəllim, dissertant mövcuddur. TMŞ öz iclaslarında gənc dissertantların məlumatlarını dinləməyi planlaşdırır və onların dissertasiya işlərinin, eləcə də məqalə, məruzə və tezislərinin yazılmasında kömək etməyi nəzərdə tutur.

Şərqşünaslıq fakültəsinin TMŞ öz fəaliyyətini aşkar formada aparmağı, professor-müəllim heyəti ilə sıx əlaqədə işləməyi qarşısına məqsəd kimi qoymuşdur.

 

Bookmark and Share