Homeaz | en | ru

Şərqşünaslıq fakültəsi könüllüləri klubunun təşkilatçılığı ilə tədbir keçirilib

05/12/2022

Şərqşünaslıq fakültəsi könüllülərinin "Şərq ölkələri" klubunun təşkilatçılığı ilə "Yaponiya gecəsi" keçirilib.
2 dekabr 2022-ci il tarixində Şərqşünaslıq fakültəsi könüllülərin tərkibində fəaliyyət göstərən " Şərq ölkələri " klubunun "Fakültəmizi tanıyaq" layihəsi çərçivəsində Yaponiya gecəsi adlı tədbiri keçirilib. İlkin olaraq hər iki dövlətin dövlət himni səsləndirildikdən sonra, Vətən müharibəsi şəhidləri anılıb. Şərqşünaslıq fakültəsinin dekan müavini Şahin Yusifli çıxış edərək, yapon bölməsinin tarixi, tələbələrin uğurları barədə məlumat verdikdən sonra, tədbir açıq elan edilib.
Tələbələr yapon mədəniyyətinə aid olan milli yeməklər, əlifbanın xüsusiyyətləri, milli geyimlər, musiqi və rəqslər haqqında ətraflı məlumatlar veriblər. Müxtəlif videoçarxlarla Yaponiyaya qısamüddətli virtual səyahət edilib. Azərbaycan- Yaponiya münasibətlərindən bəhs olunduqdan sonra, Uzaq Şərq dilləri və ədəbiyyatı şöbəsinin tələbəsi Sevinc Ağayevanın uzundərə rəqsi ilə tədbir sona çatdırıb.

 

Bookmark and Share