Şərqşünaslıq fakültəsi Həmkarlar Təşkilatının hesabat-seçki iclası keçrilib
29/02/2020
28 fevral 2020-ci il tarixində Şərqşünaslıq fakültəsi Həmkarlar Təşkilatının növbəti hesabat-seçki iclası keçrilib. İclasda fakültə əməkdaşları, təhsil işçiləri Respublika Həmkarlar İttifaqının sədr müavini Mirzə Cəfərzadə və BDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri Rəşad Cabbarovun iştirakı baş tutub. İclası giriş sözü ilə açan Şərqşünaslıq fakültəsinin dekanı professor Elxan Əzizov təşkilatın fəaliyyəti və gördüyü işlər barədə məlumat verib. Daha sonra fakültə Həmkarlar Təşkilatının sədri dosent Təranə Əkbərova 2017-2020-ci illər ərzində həyata keçirilmiş işlər haqqında hesabatla çıxış edib. Çıxışdan sonra fakültə əməkdaşlarının rəy və təklifləri dinlənib, məruzəçiyə müxtəlif suallar ünvanlanıb. Fakültə Həmkarlar Təşkilatının hesabatı qənaətbəxş hesab edilib.
Daha sonra gündəlikdəki əsas məsələ - açıq səsvermə yolu ilə fakültə Həmkarlar Təşkilatının sədri, büro və təftiş komissiyası üzvləri vəzifələrinə seçki keçirilib. İran filologiyası kafedrasının dosenti Mehman Tarverdiyev səs çoxluğu ilə Həmkarlar Təşkilatının sədri seçilib. Büro üzvlərinin sıralarına daxil olmuş yeni əməkdaşların adı açıqlanıb və təftiş komissiyasının təzə tərkibi təsdiqlənib.
