Homeaz | en | ru

Şərqşünaslıq fakültəsi BMT modeli üzrə virtual simulasiya oyunları keçirib

20/07/2020

18 iyul tarixində Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə BMT modeli üzrə virtual simulasiya oyunları baş tutmuşdur. Tədbiri Şərqşünaslıq fakültəsinin dekan müavini Şahin Yusifli açmış, sonra İran filologiyası kafedrasının müəllimi Eldost İbrahimov, Beynəlxalq münasibətlər fakültəsinin müəllimi Eldar Cəfərov çıxış etmiş, BDU TGT sədri Nicat İsmayılov və Şərqşünaslıq fakültəsi TGT sədri Imran Sayılov iştirakçılara simulasiya oyunları və mövzu barədə qısa arayış verməklə onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.


Bookmark and Share