Şərqşünaslıq fakültəsi birinci kurs tələbələrinin TGT və THİK ilə onlayn tanışlıq görüşləri keçirilib
16/11/202015 noyabr 2020-ci il tarixində cari ildə Şərqşünaslıq fakültəsinin birinci kursuna daxil olan tələbələrin Microsoft Teams platforması vasitəsi ilə fakültə Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsi ilə iki ayrı sektorda olmaqla, onlayn tanışlıq görüşü keçirilib. Görüş fakültənin dekan müavini Şahin Yusiflinin çıxışı ilə başlayıb. İki hissədə olan çıxışlarda dekan müavini TGT və THİK-in ölkə miqyasında təşkili tarixindən, universitetin sosial-ictimai həyatında təşkilatların rolu, tələbə və təşkilatlar arasında olan münasibətlər, təşkilatların perspektivləri, baş tutan layihələr, könüllülük hərəkatı barədə məlumat vermişdir. Bundan sonra ilk sektorda fakültə TGT sədri, İmran Sayılov və idarə heyəti fakültə TGT-nın fəaliyyəti barədə çıxış etmiş, video təqdimetmədə təşkilatın strukturu, əldən olunan nəaliyyətlər və görüləcək işlər barədə məlumat verilmişdir. İkinci sektorda isə fakültə THİK-nin sədri, Didar Salmanlı və idarə heyəti fakültə THİK-nin perspektiv istiqamətləri, tədbirlər planı, layihələr barədə məlumat vermiş, təşkilatın sonuncu videoçarxlarından biri nümayiş etdirilmişdir. Hər iki təşkilat tələbələri təşkilatlara qoşulmaqla aktiv fəaliyyətə səsləmiş, onlara təhsil həyatlarında uğurlar arzulamışlar.
