Şərqşünaslıq fakültəsində Həmkarlar Təşkilatının hesabat-seçki iclası keçirilib
06/03/2015Şərqşünaslıq fakültəsində Həmkarlar Təşkilatının hesabat-seçki iclası keçirilib
3 mart 2015-ci il 13.30 da Şərqşünaslıq fakültəsi 709 saylı auditoriyada Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində Həmkarlar Təşkilatının növbəti hesabat-seçki iclası keçirilib. Öncə fakültənin bakalavriat üzrə dekan müavini Cavanşir Məmmədzadə çıxış edərək fakültənin xanım əməkdaşlarını 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edib, elmi və pedaqoji fəaliyyətlərində uğurlar, aliə səadəti arzulayıb. İclasda BDU THK sədri İlkin Şərifov da iştirak etmişdir. İclasda qrup nümayəndələrinin iştirakı ilə fakültə TH sədri və onun müavinləri səsvermə yolu ilə seçilmişlər. Səsvermə sonunda fakültə TH sədri üçüncü kurs 1416-cı qrup tələbəsi Kamil Şamiyev, birinci kurs 1452 -ci qrup tələbəsi Taleh Mansurov, ikinci kurs 1430 -cu kurs tələbəsi Pərvin Şükürova isə onun müavinləri seçilmişlər. İclasda həmçinin fakültənin təşkilati məsələlər üzrə dekan müavini Hüseyn Sadıqov, Ərəb Filologiyası kafedrasının dosentı Gülnur Mahmudova , Türk Filologiyası kafedrasının dosenti Güləhməd İmanov və s. də iştirak etmişlər.
