Homeaz | en | ru

“Şərqşünaslığın aktual problemləri” mövzusunda Respublika elmi konfransı keçirilib

23/12/2019

Bakı Dövlət Universitetində Azərbaycanda ərəbşünaslığın banisi, Əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor Ələsgər Məmmədovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Şərqşünaslığın aktual problemləri” mövzusunda Respublika elmi konfransı keçirilib. Konfrans öz işini “Ərəb dilçiliyi”, “Fars dilçiliyi”, “Türk dilçiliyi”, “Ərəb ədəbiyyatı”, “Fars ədəbiyyatı”, “Türk ədəbiyyatı”, “Uzaq şərq dilçiliyi və ədəbiyyatşünaslığı”, “Tarix və beynəlxalq münasibətlər”, “Sosial elmlər” adlı bölmə iclasları ilə davam etdirib. Sonda “Ərəb dilçiliyi” bölməsinin sədri professor Nəsrulla Məmmədov, “Fars dilçiliyi” bölməsinin sədri professor Şəfəq Əlibəyli, “Türk dilçiliyi” bölməsinin sədri professor Rüfət Rüstəmov,  “Ərəb ədəbiyyatı” bölməsinin sədri professor Aida Qasımova, “Fars ədəbiyyatı” bölməsinin sədri professor Mehdi Kazımov, “Türk ədəbiyyatı” bölməsinin sədri fil.e.d. Şükufə Qədimova, “Uzaq şərq dilçiliyi və ədəbiyyatşünaslığı” bölməsinin sədri professor  Oqtay Cəlilbəyli, “Tarix və beynəlxalq münasibətlər” bölməsinin sədri professor  Şahin Fərzəliyev, “Sosial elmlər” bölməsinin sədri professor  Rəbiyyət Aslanova hesabat məruzələri ilə çıxış ediblər. İki gün davam edən  konfransda ümumilikdə 134 məruzə dinlənilib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bookmark and Share